Qurbanov Qazaxıstan klublarının hədəfində: "Danışıqlar gedir"

Gürcüstanın ikinci liqasında mübarizə aparan "Samtredia"nın yarımmüdafiəçisi Nicat Qurbanov karyerasını Qazaxıstanda davam etdirə bilər.

Newsport.az saytına bu haqda məlumatı Gürcüstan klubunun direktoru Mixail Xutsişvili deyib.

Vaxtilə ölkəmizdə "Gəncə" və "Olimpik"də oynamış Gürcüstan millisinin sabiq hücumçusu Qazaxıstanın bir neçə Super Liqa klubunun Qurbanovla ciddi formada maraqlandığını bildirib.

"Klubların adlarını deyə bilmərəm. Çünki bu, şayiə deyil, peşəkarlığa zidd sayılır bu. Onlar Nicatı çox yaxından izləyirlər. Baxaq, görək, necə olacaq. Danışıqlar aparırıq. İnşallah, Nicat üçün ən yaxşı olan variantı seçərik".

27 yaşlı yarımmüdafiəçinin şərəfini qoruduğu "Samtredia" hazırda Super Liqaya çıxmaq uğrunda pley-off oyunlarına hazırlaşır. Kutsişvilinin sözlərinə görə, bir neçə Super Liqa klubu da Nicatın xidmətində maraqlıdır.

Qurbanovun Gürcüstan klubu ilə anlaşması yanvarda başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right