Miçel: "Çətin olsa da, özümüzü oyunlara kökləməyə çalışırıq"

"Qarabağ”ın yarımmüdafiəçisi Miçel Azərbaycan Premyer Liqasının 9-cu turunda evdə “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Newsport.az xəbər verir ki, ispaniyalı futbolçu qələbəni şərh edib:

 

- Bilirdik ki, çətin oyun olacaq. Rəqibimiz bizimlə müqayisədə daha gümrah idi. İlk pillədəki mövqeyimizi qorumaq baxımından 3 xal qazanmaq çox önəmli idi və istəyimizə nail olduq.

 

- Üç gün əvvəl APOEL-lə görüşdə 30 minə yaxın azarkeşin qarşısında oynadınız. Bu gün isə tribunada 200-300 azarkeş var idi. Düşünmürsən ki, bu, oyununuza mənfi təsir göstərir?

- Bildiyiniz kimi, hər şey göz önündədir. İstənilən halda, 30 min azarkeş qarşısındakı kimi eyni gərginlik və təzyiq olmur. Amma həm 30 min, həm də 200-300 azarkeş qarşısında oynamaq çətindir. Nə qədər çətin olsa da, özümüzü oyunlara kökləməyə çalışırıq.

 

- İlk hissədə “Qarabağ” nisbətən zəif çıxış etdi. Bu, nə ilə bağlı idi?

- Bəzən oyunun əvvəli yaxşı alınır, bəzən də oyuna istədiyin kimi başlaya bilmirsən. 3-4 gündən bir oynamaq və bunun üçün motivasiya tapmaq o qədər də asan deyil. Görüşün əvvəlində  bizə bir az çətin oldu. Amma ikinci yarıda ardıcıl qol vəziyyətləri yaratmağa başladıq. İstənilən halda məqsədimiz üç xal qazanmaq idi. Stadionu məmmun tərk etməliyik. Çünki istədiyimizi qazandıq.

 

- Növbəti turda sizi səfərdə “Neftçi” ilə çətin oyun gözləyir. Həmin matç haqda nə fikirləşirsən?

- “Neftçi” ilə oyunun çətin keçəcəyini deməyim, yəqin ki, yeni bir şey olmayacaq. Təbii ki, bizi növbəti çətin oyun gözləyir. Düzdür, “Neftçi” mövsümə yaxşı başlamadı. Amma bilirdik ki, onlar yüksəlişə keçəcək və bizə təzyiq yaradacaqlar. Dörd gün sonra “Neftçi”yə qarşı oynayacağıq. Sadəcə yaxşı dincəlmək, beynimizi təzələyib, həmin oyuna hazırlaşmalıyıq. Ümid edirəm ki, hamımızı maraqlı oyun gözləyir.

 

- Bu gün “Neftçi”nin futbolçusu Rəhman Hacıyevın sosial şəbəkədəki paylaşımından xəbərin var?

- Xeyr, həmin məsələdən xəbərsizəm. Heç həmin paylaşımı görməmişəm də. Kimin nə paylaşması elə də önəmli deyil. Biz əsasən öz oyunumuza köklənməliyik. Düşünürəm ki, indiyə qədər doğru yoldayıq, eyni şeyləri davam edib və hədəflərimizə doğru getməliyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right