Asmir Beqoviç: "Dekabra qədər yaşayaq, sonrasına baxarıq"

“Qarabağ”ın qapıçısı Asmir Beqoviç Azərbaycan Premyer Liqasının 9-cu turunda evdə “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Newsport.az xəbər verir ki, 32 yaşlı bosniya və herseqovinalı qapıçı Ağdam klubundakı gələcəyi haqda da danışıb.

 

- Ağlına gələrdi ki, Maykl Essyenlə nə vaxtsa Azərbaycanda üz-üzə gələcəksiniz?

- Bu, futboldur. Öncədən heç nəyi demək olmur. Amma istənilən halda, Essyenlə rastlaşmaq xoş oldu. Bir-birimizə qarşı oynamışıq. Çox yaxşı futbolçudur.

 

- Maraqlıdır, oyundan sonra Essyenlə nə danışdınız?

- Sadəcə, ümumi həyatdan danışırdıq. O, məşqçilik karyerası ilə bağlı addımlar atmaq istəyir. Əsas bununla bağlı danışdıq.

 

- Bu günkü oyunla bağlı nə düşünürsən? Nəzərə alaq ki, çətin qələbə qazandınız.

- Hər oyun çətin keçir. Biz buna hazırıq. Xoşbəxtlikdən oyunun sonuna yaxın istəyimizə çata bildik.

 

- Növbəti tur səfərdə “Neftçi” ilə qarşılaşacaqsınız.

- Bizi çətin oyun gözləyir. Çalışacağıq ki, matça yaxşı hazırlaşaq.

 

- “Qarabağ”la müqavilən qışa qədərdir. Bu keçən vaxt ərzində fikrin dəyişibmi, yəni, “Qarabağ”da qalmaq istəyirsənmi, yoxsa?

- Hər şey ola bilər. Mən əsasən bu günü fikirləşirəm. Dekabra qədər yaşayaq, sonrasına baxarıq.

 

- “Qarabağ” Avroliqanın qrupundan çıxsa, bu,  Ağdam klubunda qalmaq fikrinizə təsir edəcəkmi?

- Çox şey ola bilər. Vaxta var. Qarşıda bizi “Neftçi” və APOEL-lə oyunlar gözləyir. Daha sonra isə qış fasiləsi olacaq. Bir sözlə, bu haqda danışmaq üçün yetərincə vaxtımız olacaq.

 

- Avropa Liqasında APOEL-lə 2:2 hesabı ilə heç-heçə etdiyiniz sonuncu oyunu necə dəyərləndirirsən? Bu nəticə “Qarabağ”ın qrupdan çıxmağına necə təsir edə bilər?

- Uduzmaqdansa, 1 xal qazanmaq yaxşıdır. Biz yaxşı komandayıq. APOEL səfərinə müsbət nəticə qazanmaq üçün gedəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right