Qurban Qurbanov: "Neftçi" ilə matçda çox dəyişiklik etməyəcəm"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının IX turunda "Səbail"lə matçdan (1:0) sonra təşkil edilən mətbuat konfransında fikirlərini bildirdi.

O, qələbəni belə şərh etdi:

"Futbolçuları təbrik edirəm. Sonda vacib 3 xal qazandıq. Bəzi oyunçular 90 dəqiqə meydanda olmamışdılar və formalarından uzaq idilər. Amma hər biri intizamlı oynamağa çalışdı. Rəqib bu gün ən yaxşı oyunlarından birini göstərdi. Bu cür davam etsələr, yaxşı nəticələr qazana bilərlər".

47 yaşlı mütəxəssis qarşıdakı "Neftçi" ilə matç barədə də danışıb: "Rəqibimiz ciddi və istəklidi. Oyunlarımız maraqlı alınır. Oyunçulardan intizamlı olmalarını tələb edəcəyəm. Onlar da bu matçı gözləyirlər. Çalışacağıq ki, azarkeşlər üçün maraqlı matç olsun və futboldan həzz alsınlar. Ondan sonra Kipr APOEL-i ilə qarşılaşmanın olmasına baxmayaraq "Neftçi" ilə matçda çox dəyişiklik etməyi düşünmürəm. Bir və ya iki dəyişiklik edə bilərik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right