Ramazanov və Abdullayev məşqçi kursunda

AFFA-nın təşkilatçılığı ilə UEFA-nın A kateqoriyalı məşqçi kursunun I modulu keçirilir. Newsport.az xəbər verir ki, oktyabrın 31-dək davam edəcək kursda 8 məşqçi iştirak edir.

Belarusun paytaxtı Minskdə keçirilən kursa Aslan Kərimov, Osman Rəhimov, Arif Əsədov və İlkin Hüseynov rəhbərlik edir. Məşqçilər bu modulda UEFA-nın tələblərinə əsasən, Belarusda təşkil olunan 17 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsinin oyunlarını analiz edəcəklər.

Kursda iştirak edənlər arasında Rəşad Abdullayev və Zaur Ramazanov da var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right