“Əzmkar qələbə xarakterimizin göstəricisidir” Emin Mahmudov

"Neftçi”nin kapitanı Emin Mahmudov Premyer Liqanın 9-cu turunda bu gün "Sumqayıt”la keçirilən oyundan (4:2) sonra klubun rəsmi saytına açıqlama verib.

Newsport.az xəbər verir ki, penalti zərbələri ilə dubla imza atmış futbolçu komandanın hesabda geridə olduğu halda qələbə qazanmasını xarakterin göstəricisi olduğunu bildirib:

"Oyuna pis başladıq. Bununla belə, vaxtında toparlanıb qol epizodları yaratdıq və bunlardan faydalandıq. Yaxşı ki, buraxdığımız qolun əvəzini tez çıxa bildik. Təbii ki, hər qələbə özümüzə olan inamı artırır. Belə də davam etməliyik. Qol epizodlarından daha da yaxşı istifadə etməyə başlamışıq. Qalib gəlmək çox vacibdir. Bu, xallarımızın sayını artırmaqda bizə kömək edir. Hesabda geridə olduğumuz halda qələbə qazanmaq isə xarakterimizin göstəricisidir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right