“Qarabağ” “Səbail”ə qalib gəldi Yenilənib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulacaq.
Newsport.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutacaq.
 
Turun qapanış matçında lider “Qarabağ” “Səbail”i qəbul edəcək. Paytaxt təmsilçisi mövsümə yaxşı start versə də, son turlarda ardıcıl məğlubiyyətlərlə üzləşib. Ağdam klubu isə ardıcıl 7 qələbənin ardından ötən tur “Qəbələ” ilə oyunda xal itirib. İlk dövrədə bu rəqibini 4:0 hesabıyla məğlub edən “Qarabağ”, yenə aşkar favorit hesab olunur.
 
Xatırladaq ki, bu turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “Keşlə” - “Qəbələ” 2:1, “Sabah” - “Zirə” 2:2, “Sumqayıt” - “Neftçi” 2:4.
 
Azərbaycan Premyer Liqası
9-cu tur
28 oktyabr
 
19:00. “Qarabağ” – “Səbail” 1-0
Qol: Qara Qarayev, 86
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right