"Sabah"ın futbolçusu Arşavin və Timoşukla eyni siyahıda

Qazaxıstan Premyer Liqasında uğurlu çıxış etmiş ən yaşlı futbolçuların siyahısı açıqlanıb. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 30 yaşdan yuxarı seçilən 10 oyunçu arasında hazırda karyerasını Azərbaycanda davam etdirən sima da var.

Belə ki, "Sabah"ın qapıçısı Saşa Stamenkoviç Qazaxıstanda cəmi 2 il keçirməsinə baxmayaraq, dərin iz buraxmağı bacarıb. "Neftçi"dən ayrıldıqdan sonra "Okjetpes"ə üz tutan serbiyalı qısa müddətdə orda da özünü sevdirməyi bacarıb.

Yerli KİV Stamenkoviçlə bağlı bunları yazıb: "Stamenkoviç "Neftçi"dəki inamlı oyunu sayəsində məşhurlaşdı. Bakı komandası ilə parlaq qələbələrə imza atan Stamenkoviç 2016-cı ilin yazında "Okjetpes"lə anlaşdı. Serb qolkiper çempionatımıza ciddi yanaşdı, komandasına sədaqət nümayiş etdirdi və əlbəttə ki, qapısında möhtəşəm performans göstərdi. Burda iki mövsüm keçirdikdən sonra 2018-ci ildə yenidən Azərbaycana qayıtdı və hazırda "Sabah"ın çərçivəsini qoruyur".

Stamenkoviçlə yanaşı, Antonio Rukavina, Pablo Fontanelo, Jaba Kankava, Predraq Şikimiç, Kirill Kovalçuk, Aleksandr Pişur, Joao Paulo, Andrey Arşavin və Anatoli Timoşuk da siyahıda yer alıb.

Qeyd edək ki, "Sabah"a ötən ilin yayında keçən Saşa Stamenkoviçin müqavilə müddəti mövsümün sonuna qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right