Ayxan Abbasov: "Neftçi"yə qarşı belə səhvlər etmək olmaz

Azərbaycan Premyer Liqasında IX turun “Sumqayıt” – “Neftçi” (2:4) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə görüş barədə fikirlərini bildirdi...

- “Neftçi”ni təhlil etmişdik. Son vaxtlar yaxşı formada olduqlarını bilirdik. Ən çox da hücum xətti çox güclüdü. Onlara qarşı belə səhvlər etmək olmaz. İlk dəqiqələrdə qol vurduq, ancaq hissənin sonuna qədər hesabda geri düşdük. Diqqətsizlikdən qollar buraxdıq. Fasilədən sonra nəyisə dəyişmək istədik, ancaq yenə qapımızda toplar gördük. Qış fasiləsinə kimi belə davam edəcəyik. Çempionat ağır keçir. Növbəti oyunlara hazırlaşacağıq.

- Matçdan sonra azarkeşlərlə söhbətiniz oldu. Nə danışırdız?
- Məğlubiyyət onlara pis təsir edib. Azarkeşləri başa düşürəm və səbrli olmağa çağırıram. Çalışacağıq ki, növbəti oyunlarda onları sevindirək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right