Rövşən Babayev: "Fasilədən sonra "Zirə" bizdən üstün oynadı"

Azərbaycan Premyer Liqasında IX turun "Sabah" - "Zirə" oyunundan (2:2) sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rövşən Babayev jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, Babayev əvvəlcə görüş barədə fikirlərini bildirib:

- İki fərqli hissə oldu. İlk hissədə geri dönüş edə bildik, yaxşı futbol oynadıq. Fasilədən sonra rəqib bizdən üstün oynadı.

- Qələbə hesabını qoruyub saxlaya bilməməyinizin səbəbi nə idi?
- İkinci hissəyə normal başlamışdıq. Ancaq "Zirə" daha yaxşı oyun göstərdi.

- Sayılmayan qol epizodunuz ilə bağlı fikirləriniz...
- Bizdən uzaq idi. Epizodu tam yaxından görməmişəm. İnanırıq ki, hakimlər səhvə yol verməz.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right