"İstəmirəm ki, futbolçuların beynində əvvəlki məşqçidən fikirlər qalsın"

Azərbaycan Premyer Liqasında IX turun "Sabah" - "Zirə" oyunundan (2:2) sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Zaur Həşimov jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə,  38 yaşlı çalışdırıcı əvvəlcə görüş barədə fikirlərini bildirib:

- Həddindən artıq yaxşı hazırlaşmışdıq. İlk danışdığımız şey o idi ki, əvvəlcə komandanın mübarizliyini qaytaraq. İkinci hissədə qol vurduq, bir az özümüzə qayıtdıq. Ən pisi odu ki, ehtiyatsızlıqdan qol buraxdıq. Ancaq 2-ci hissə başqa "Zirə" meydana çıxdı. Gələcək işimizi də bu mübarizliyin üzərində quracağıq.

- 1 əvəzləmə etdiz. Soni Nordeni meydana buraxmaq olmazdımı?
- Ötən oyun Soni Norde meydanda idi, bir az axsayırdı. Riçard Qadzeni tanıyırdım, oyunboyu da soruşdum ki, meydanda qala bilər, ya yox.

- Hər iki qolda Orxan Sadıqlı topu götürə bilərdi. Buraxılan toplarda onun nə qədər günahı vardı?
- Komandaya ilk dövrədən sonra gəlmişəm. Bu komandayla sona qədər gedəcəyik. Orxanın da arxasındayam. Səhvlər qaçılmazdı.

- Nicat Süleymanov son saniyəyə qədər yaxşı mübarizə apardı. Xüsusi nə isə çalışırmı?
- Nicatla dünən fərdi söhbətim olub. Çox sevinirəm ki, mənim sözlərimi qəbul edib. Ona güvənirik.

- Tellur Mütəllimov sanki oyuna uyğunlaşa bilmirdi.
- Tellur 3-4 gündü ki, məşqlərə başlayıb. Oyunçuların beynində əvvəlki məşqçidən bir az fikirlər var. Bunların qalmasını istəmirəm. Meydanın içində nüanslar var ki, onun üzərində çalışacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right