"Sabah"da kapitan şoku

Premyer Liqanın 9-cu turunda "Zirə"ni qəbul edən "Sabah" ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, komandanın kapitanı Ruslan Abışov zədələnib. 31-ci dəqiqədə zədələnən 32 yaşlı müdafiəçi oyunu davam etdirə bilməyib.

Abışovun əvəzinə Kərim Diniyev meydana daxil olub.

İlk hissəsi keçirilən matçda hesab meydan sahiblərinin xeyrinədir - 2:1.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right