Dani Kintana Avroliqanın 5 “ən yaxşısı” arasında

UEFA Avropa Liqasının qrup mərhələsində 3-cü turundan sonra futbolçuların reytinq cədvəlini açıqlayıb.
 
Newsport.az xəbər verir ki, ən yaxşı 5 futbolçu sırasına “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana da düşüb. İspan futbolçu 5110 xalla “Sevilya”lı Franko Vaskesdən (5537 xal) sonra ikinci yeri turur.
 
Dani 3 qrup oyununda 184 dəqiqə meydanda olub, 2 qol vurub və 2 qolun ötürməsini edib. Onun dörd zərbəsi çərçivəyə gedib. Bundan başqa Daninin dəqiq ötürmələrinin sayı 82-yə çatıb.
 
İlk beşlikdə sonrakı üç yeri müvafiq olaraq Sergey Milinkoviç-Saviç (“Latsio”), Doniell Malen (PSV) və Brunu Fernandeş (“Sportinq”) tutur.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right