Kipr mətbuatı azərbaycanlı azarkeşlərin təxribata əl atdığını iddia edir

Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ” APOEL-lə ev oyununda 2:2 hesablı heç-heçə etdi.

 

Təhlükəsizlik baxımından qarşılaşmada heç bir problem yaşanmadı. Lakin Kipr mətbuatı əksini düşünür.

 

Newsport.az xəbər verir ki, kiprlilər meydana türk bayrağı ilə gələn azarkeşlərin təxribata əl atdığını qeyd edib.

 

24sports.com.cy saytı azərbaycanlı azarkeşin əlində Türkiyə bayrağı olduğu fotonu paylaşıb və bu sözləri yazıb:

 

“Bayrağın üzərindəki Mustafa Kamal Atatürk yunan və erməniləri qıran şəxs olub. Azərbaycanlı azarkeşlər dünən onun şəkli olan bayraqlar gətirmişdi. Ümid edirik ki, yunan nümayəndə (oyunun UEFA nümayəndəsi Mixalis Koukoulakis – red) bununla bağlı qeydlərini edib”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right