"Keşlə" "Qəbələ"yə qalib gəldi, "Sabah" qələbəni əldən verdi Yenilənib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.
 
Newsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.
 
Turun açılış matçında “Sabah” doğma meydanda “Zirə” ilə üz-üzə gələcək. İlk dövrədə bu komandalar heç-heçəyə razılaşıb. “Sabah” bu oyunda qələbə qazansa, sonuncu pillədən qurtula bilər.
 
Günün digər oyununda “Keşlə” ilə “Qəbələ” qarşlaşacaq. İlk dövrədə bu rəqibini 4 cavabsız qolla məğlub etmiş paytaxt klubu bu dəfə də üstünlüyünü isbatlamağa çalışacaq. Əyalət təmsilçisi isə həmin məğlubiyyətin əvəzini çıxmağa cəhd göstərəcək.
 
Bu tur həm də “Sumqayıt” – “Neftçi” və “Qarabağ” – “Səbail” görüşləri baş tutacaq.
 
Azərbaycan Premyer Liqası
IX tur
26 oktyabr
 

18:00. “Sabah” – “Zirə” - 2:2
Qol: 
Nicat Süleymanov, 23 (0:1), Amadu Diallo, 28 (1:1), 44 (2:1), Nicat Süleymanov, 88 (2:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov
“Bank Respublika Arena”

 

16:00. “Keşlə” – “Qəbələ”- 2:1
Qollar: Lorenzo Frutos, 1 (1:0), Sezar Meza Kolli, 42 (2:0), David Valkov, 58 (2:1)
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov
“ASCO Arena”

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right