"Qarabağ"ın iki futbolçusu Avropa Liqasının rəmzi "11-liy"ində

Avropa Liqasında qrup mərhələsinin III turunun simvolik komandası müəyyənləşib. Newsport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, "FedEx" ən yaxşı "11-liy"i açıqlayıb.

APOEL-lə doğma meydanında qollu bərabərə qalan "Qarabağ"ın iki futbolçusunun göstəricisi ən yaxşılar arasında olub. Belə ki, braziliyalı müdafiəçi Ailton Silva və ispaniyalı yarımmüdafiəçi Dani Kintana rəmzi "11-liy"ə düşüb. Hər iki futbolçu Ağdam klubunun qollarının müəllifidi.

Ümumilikdə heyətdə ən çox oyunçu ilə "Alkmar" təmsil olunub. Hollandiya təmsilçisinin 3 üzvü simvolik komandada yer alıb. "Qarabağ" və qrupdakı digər komanda "Sevilya" isə 2 oyunçu ilə təmsil olunub.

Rəmzi "11-lik": Matvey Safonov ("Krasnodar") - Ailton Silva ("Qarabağ"), Viyndal ("Alkmar"), Artyom Şabanov ("Dinamo" Kiyev), Serxio Eskudero ("Sevilya") - Franko Vaskes ("Sevilya"), Teun Kopmeyners ("Alkmar"), Dani Kintana ("Qarabağ") - Ussama İdrissi ("Alkmar"), Roman Yaremçuk ("Gent"), Nikolas Pepe ("Arsenal").





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right