APOEL-ə prezident təbriki

Avropa Liqasının III turunda "Qarabağ"ın qonağı olan APOEL qrup mərhələsində ilk xalını qazanıb. Newsport.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, klub prezidenti Prodromos Petrides də qarşılaşmanı izləyənlər arasında olub.

Hatta oyundan sonra prezident komandanın paltardəyişmə otağına da yollanıb. Futbolçularla qısa söhbət edən Petrides qazanılan xala görə onları təbrik edib. Klub prezidenti APOEL-in növbəti mərhələ şanslarını qorumasından məmnun qaldığını bildirib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respubilka Stadionunda keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb. Bu komandalar növbəti tur çərçivəsində Nikosiyada üz-üzə gələcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right