“Filmin davamı üçün dəyərli əlavədir” Plaxitelis Vouros

APOEL-in futbolçusu Plaxitelis Vouros Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə müsahibə verib.
 
Newsport.az xəbər verir ki, yunanıstanlı oyunçu öncə oyunu şərh edib:

 

“Hələ daha üç qarşılaşma qalıb. Filmin davamı üçün dəyərli əlavədir. Növbəti oyunda mərhələ adlamaq üçün daha bir addım atmaq istəyirik. Qol buraxdıqdan sonra hesabı bərabərləşdirdik. Geri dönüş etməyi fikirləşirdik. Hesabda irəli keçdik, hesabı qoruya bilməsək də, dəyərli xal qazandıq”.

 

24 yaşlı müdafiəçi Abdullah Zubirlə mübarizə aparmaqdan danışıb:

 

“Meydanda təbbi ki, söz-söhbətlər, mübahisələr olacaq. Komandaya ən yaxşı şəkildə fayda verməyə çalışıram”.

 

Vouros hər zaman qələbə üçün oyuna çıxdıqlarını bildirib:

 

“Bu oyunun bizim üçün yeni başlanğıc olub-olmadığını söyləyə bilmərik. Biz hər zaman qalib gəlmək üçün meydana çıxırıq. Yenidən uğur qazanmaq üçün daha yaxşı performanslar lazımdır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right