Ağayev "Espanyol"un futbolçusunu meydandan qovdu

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin III turunda "Ludoqorets" - "Espanyol" görüşünü idarə edib. 

 Newsport.az saytının məlumatına görə, Razqradda baş tutan qarşılaşmadan qonaqlar qalib ayrılıb.

Belə ki, "Espanyol" Viktor Kampuzanonun 13-cü dəqiqədə vurduğu yeganə qol sayəsində aktivinə 3 xal yazdırıb. Həmyerlimizə də kifayət qədər iş düşüb. Belə ki, meydan sahiblərini 3 sarı vərəqə ilə cəzalandıran Ağayev son 5 dəqiqədə ispaniyalılara 3 sarı, 1 qırmızı vərəqə göstərib.

O, 88-ci dəqiqədə Xavi Lopesi ikinci sarı vərəqə ilə meydandan qovub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right