Emil Balayev Qazaxıstan çempionatları tarixinin 5-cisi oldu

Azərbaycan millisinin qapıçısı Emil Balayevin Qazaxıstan Premyer Liqasında quru seriyasına son qoyulub. Newsport.az xəbər verir ki, "Tobol"un qolkiperi XXX turda "Ordabasi" ilə qarşılaşmada qapısında 2 top görüb - 1:2.

Beləliklə, Balayevin qolsuzluq seriyası 736 dəqiqə çəkib. Bununla da o, Qazaxıstan çempionatları tarixində ən uzun seriya yaxalayan 5-ci qapıçı olub. Millimizin üzvünün "4-lüy"ə düşmək üçün 29 dəqiqəsi çatmayıb.

Bu baxımdan rekord Sergey Boyçenkoya məxsusdu. "Kayrat"ın sabiq qolkiperi 2005-06-cı illərdə 921 dəqiqə qapısını toxunulmaz saxlamağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right