"Dinamo" Ramil Şeydayevi qovur?

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yenidən komandasını dəyişə bilər. Newsport.az saytı xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

Gənc forvardın Moskva təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədər olsa da, artıq qış fasiləsində ayrılığın baş tutması istisna olunmur. Məsələ burasındadı ki, 23 yaşlı forvardın sözləşməsində tərəflərin kompensasiya ödəmədən müqaviləni ləğv edə biləcəyi bir bənd var.

"Dinamo" rəhbərliyi də gələn mövsüm Premyer Liqada tətbiq ediləcək yeni limit səbəbindən bu seçimi nəzərdən keçirir. Hücumçunun bu mövsüm ölkə çempionatında meydana çıxdığı 7 matçda qol hesabını aça bilməməsi bu ehtimalı artırır.

Qeyd edək ki, Ramil Şeydayev "Dinamo"ya mövsümlərarası fasilədə "Krılya Sovetov"dan keçib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah