Millimizin üzvləri oteldə siqaret çəkiblər AFFA təsdiqlədi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Çexiyada çıxış edən zaman gündəmə gəliblər.

Newsport.az sportfm.az-a istinadən xəbər verir ki, yığmanın futbolçuları adıçəkilən ölkədə qaldıqları oteldə siqaret çəkməklə AFFA-ya problem yaradıblar. 

Oyunçular otelə ziyan vurduqlarına görə AFFA cərimə ödəyib.  

“Qafqazinfo”ya açıqlama verən AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla hadisəni təsdiqləyib: “Belə bir hadisə baş verib. Futbolçular qaldıqları oteldə siqaret çəkiblər. Milli komandanın daxili nizam-intizam qaydalarına görə həmin oyunçular da baş məşqçi tərəfindən cəzalandırılıb. Lakin bu məsələdə AFFA-nın hər hansı cəza alması isə doğru deyil. Belə hadisəyə görə federasiyanı kim cərimələyəcək? Sırf futbolçuların günahıdır və onlar da cəzalarını alıblar”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right