APOEL Bakıda

Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”ın qonağı olacaq Kiprin APOEL klubu Bakıya gəlib.

 

Newsport.az xəbər verir ki, komanda 2,5 saatlıq uçuşdan sonra 14:00-da Bakıdakı hava limanına çatıb.

 

Sabah "Qəbələ"nin U-19 komandası ilə Gənclər Liqasında qarşılaşacaq APOEL-in U-19 kollektivi də Bakıya gəlib. Onlar cavab matçı üçün Qəbələ şəhərinə yollanıb.

 

APOEL bu gün 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda oyun öncəsi son məşqinə çıxacaq.

 

“Qarabağ” – APOEL oyunu oktyabrın 24-ü saat 20:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right