“Qarabağ” tarixi qolun müəllifini unutmadı

“Qarabağ” bu gün 30 yaşını qeyd edən sabiq futbolçusu Muarem Muaremi təbrik edib.

 

Newsport.az xəbər verir ki, Ağdam klubu sosial şəbəkə hesablarında makedoniyalı futbolçunun tarixi qolunu qolunu yada salaraq, təbrik mesajı paylaşıb:

 

“Ad günün mübarək, Avropa Liqasında ilk dəfə bizi qrup mərhələsinə aparan və qrup mərhələsində ilk qolun müəllifi!”

 

Muarem 2013/14 mövsümündə Avropa Liqasının pley-off mərhələsində “Tvente” ilə səfər qarşılaşmasında “Qarabağ”ın yeganə qolunu vurmuşdu. 1:1 hesabı ilə başa çatan oyunda ağdamlılar tarixində ilk dəfə qrup mərhələsində oynamaq hüququ qazanmışdı. Həmin uğurdan sonra “Qarabağ” ardıcıl beş dəfə Avropada qrup mərhələlərinə qaldı.

 

Muarem Muarem “Qarabağ”da iki dönəm çıxış edib. 2012-2015-ci illərdə o, Ağdam təmsilçisində 99 oyuna 17 qol vurub. “Əskişəhərspor”da uğursuz karyeradan sonra 2016-cı ildə “Qarabağ”a dönən futbolçu bir il komandada qaldı və 37 oyuna 6 qol vurdu. Muaremin son klubu Makedoniya “Şkupi”si olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right