Nazarov Almaniyada tarixə düşdü

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov klubu "Aue"nin tarixinə düşüb. Newsport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, futbolçu buna Bundesliqa II-nin X turunda "Nürnberq"lə keçirilən oyunda nail olub.

Belə ki, "Aue"nin 4:3 hesabı ilə qalib gəldiyi qarşılaşmada komandasının ilk qoluna 62-ci dəqiqədə penaltidən məhz Nazarov imza atıb. Bu da rekord üçün kifayət edib. "Aue"də 12-ci dəfə penalti zərbəsi yerinə yetirən 29 yaşlı hücumameyilli oyunçu bunun 11-də çərçivəyə düşüb. Bununla millimizin üzvü sabiq "Aue"li Yorq Emmerixə (2003-2008) məxsus 10 penalti qolu rekordunu yeniləyib.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən "Aue"nin şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right