"Göstərdiyimiz bərbad oyun məni o cür danışmağa məcbur etdi" Şeydayev

Milli komandamızın hücumçusu Ramil Şeydayev müsahibə verib. "Dinamo"dakı hazırkı durumundan danışan futbolçu millimizin heyətində Macarıstana qarşı keçirdikləri seçmə mərhələ oyununa da toxunub.

- Dmitri Xoxlovun istefasından sonra komandanın sükanı arxasına müvəqqəti olaraq Kirill Novikov gətirildi. Yenə məşqçinin gəlişindən sonra kollektiv daxilində ab-hava necədir?

 

- Komandada atmosfer yaxşıdır, əhval-ruhiyyə yüksəkdir. Hamı bütün diqqətini öz işinə yönəldib. Yəni, hər şey qaydasındadır.

- Baş məşqçi dəyişikliyi ehtiyatda qalan futbolçu üçün yeni şans deməkdir. Açığı, Novikovun təyinatından sonra çoxları sənin "Krasnodar"a qarşı oyunda meydana çıxacağını gözləyirdi. Amma yeni çalışdırıcı sənə etimad göstərmədi...

- İndi belə şeylər haqda düşünmürəm. Çünki hələ qarşıda kifayət qədər oyun var. İnanıram ki, yenidən oynamaq şansı qazanacam.

- Ümumiyyətlə, baş məşqçi ilə ehtiyatda qalmağınız barədə danışmısınız?

- Xeyr, baş məşqçi ilə xüsusi söhbətimiz olmayıb.

- Çoxdandır, "Dinamo"da əsas heyətə düşə bilmirsən. Komandada sənə qarşı münasibət necədir?

- Digər futbolçular kimi, mənə qarşı da münasibət əladır. Bununla bağlı hər hansı problem yoxdur.

- Səncə, ehtiyatda qalmağının başlıca səbəbi nədir - yalnız qol vura bilməməyin, yoxsa...?

- Bilmirəm. Bunu baş məşqçidən soruşmaq lazımdır.

- "Dinamo" ilə gələn ilin yayına qədər müqavilən var, amma oynamırsan. Bu amil səni yeni komanda axtarmağa məcbur edir?

- Yox, hələ ki, heç nə axtarmıram. Bu haqda danışmaq çox tezdir. Bütün fikrim öz oyunumdadır. Yenidən əsas heyətə düşmək üçün əlimdən gələni edirəm.

- Yeganə futbolçusan ki, millinin Macarıstanla oyunundan sonra qeydə alınmayan qoldan, görüşün baş hakimi Dennis Hiqlerin qərarından yox, komandanın çıxışından danışdın, sərgilədiyiniz oyunu tənqid etdin...

- Göstərdiyimiz bərbad oyun məni bu cür danışmağa məcbur etdi. Bu qədər. Başqa səbəb axtarmaq lazım deyil.

- Maraqlıdır, həmin müsahibədən sonra AFFA-dan sənə nəsə deyən oldumu?

- Xeyr, heç nə olmadı (sportinfo.az).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right