"Qarabağ"a uduzmaq olmaz"

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq APOEL Bakı səfərinə hazırlaşır. Newsport.az saytı xəbər verir ki, Nikosiya təmsilçisi bu qarşılaşmaya son ümid gözü ilə baxır.

Kipr mətbuatı "Düdelanj" və "Sevilya"ya məğlubiyyətdən sonra qrupdan çıxmaq şansını davam etdirmək üçün Bakıdan məğlub dönməməyin önəmindən bəhs edib. Həmkarlarımızın fikrincə, "Qarabağ" doğma arenasında qələbə qazanarsa, 1/16 final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edəcək.

Yerli KİV APOEL-ə Azərbaycan çempionu ilə qarşılaşmalarda 4 xalın da kifayət edəcəyini düşünür: "Komandanın son oyunlardakı görüntüsü heç də ürəkaçan deyil. Bu cür çıxışla avrokubokda nəyəsə ümid etmək olmaz. Ancaq Azərbaycanda əldə ediləcək qalibiyyət vəziyyəti tamam dəyişə bilər. APOEL "Qarabağ" və "Düdelanj"dan ümumilikdə 9 xal alsa, qrupdan çıxacaq. Bu, ən ideal ssenaridi. Ancaq "Qarabağ"ın gücünü nəzərə alsaq, Bakıda qeydə alınacaq bərabərlik də uğurlu nəticə sayılar. O şərtlə ki, APOEL Kiprdə rəqibini məğlub etsin. "Sevilya"nın "Düdelanj"ı hər iki görüşdə üstələyəcəyini nəzərə alsaq, "Qarabağ"dan 4, "Düdelanj"dan isə 3 xal almaq kifayət edəcək. Təbii ki, "Sevilya"nın da "Qarabağ"a xal veməməsi vacibdi. Hadisələrin axarı bu cür olarsa, APOEL-lə "Qarabağ" qrupu 7 xalla tamamlayacaq və öz aralarındakı oyunlarda üstünlük nikosiyalılarda olacaq. Bu üzdən "Qarabağ"a uduzmaq olmaz".

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq. Hazırda Azəraycan çempionu 3 xalla ikinci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right