UEFA-dan millimizin rəqibinə cəza

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Macarıstan yığmasının futbolçusu Laslo Klaynhayslerin cəza müddəti artırılıb. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, UEFA İntizam Komitəsi 25 yaşlı yarımmüdafiəçiyə 2 oyunluq cəza kəsib.

Xorvatiya ilə qarşılaşmanın 56-cı dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan qovulan Klaynhaysler bu səbəbdən millimizlə görüşü buraxmalı olmuşdu. Lakin qitə futbol qurumu onu 2 oyunluq diskvalifikasiya etmək qərarına gəlib. Bu da o deməkdi ki, "Osiyek"in oyunçusu seçmə mərhələnin Uelsə qarşı keçiriləcək oyun matçını buraxacaq.

Qeyd edək ki, Uels - Macarıstan görüşü noyabrın 19-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right