Eratın komandası “Osmanlıspor”a qalib gəldi

Futbol üzrə Türkiyə 1-ci liqasında 8-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Osmanlıspor”la qarşılaşıb. Ufukun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Erat bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Fatih Karagümrük” hazırda 15 xalla 18 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right