"Ordabasi" "Tobol"u səfərdə məğlub edərək, onları təəccübləndirdi. Həmin görüşdə "Ordabasi" daha çox qələbəni arzuladı". Newsport.az saytının məlumatına görə, bunu Qazaxıstan millisinin sabiq futbolçusu Karxadbek İrismetov deyib.
Karyerası ərzində 3 dəfə "Ordabasi"də çıxış etmiş və son klubu da məhz Çimkənd təmsilçisi olmuş keçmiş müdafiəçi sevimli komandasının Premyer Liqanın XXX turunda "Tobol" üzərində 2:1 hesablı qələbəsini dəyərləndirib.
38 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında "Tobol"un qapısını qoruyan Azərbaycan millisinin qolkiperi Emil Balayevin çıxışına da münasibət bildirib: "Emil Balayev əvvəlki turlarda yaxşı oynayıb, komandasını çox xilas edib. Qapıçı işlərinə girmək istəmirəm, ancaq Balayev bu matçda "Tobol"a kömək edə bilərdi".
Qeyd edək ki, Qazaxıstan çempionatında "Tobol" 59 xalla 3-cü, "Ordabasi" isə 56 xalla 4-cü pillədə qərarlaşır.