Ukraynalı qapıçı Azərbaycandan təklif alıb

"Lvov"un qapıçısı Aleksandr Bandura karyerasını Azərbaycanda davam etdirə bilər. Newsport.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı yayıb.

Bildirilir ki, həm 33 yaşlı qolkiper, həm də müdafiəçi Vladimir Adamyuk komandalarını dəyişmək istəsələr də, klub rəhbərliyi buna qarşıdı. Hətta mövsümlərarası fasilədə Ukrayna təmsilçisi onları təzminat haqqı ilə yola salmağa da razılıq verməyib. Buna baxmayaraq, futbolçular qış fasiləsində ayrılmaq niyyətindədilər.

Banduranın Azərbaycan komandalarından birinin maraq dairəsində olduğu, lakin həmin klubun onu təzminat ödəmədən heyətinə qatmaq istədiyi bildirilib. Yəni adı çəkilməyən həmin klub qapıçının azad agent statusu daşımasını gözləyir. O, bu mövsüm "Lvov"un heyətində 4 matçda iştirak edib.

Qeyd edək ki, karyerası ərzində yalnız Ukraynada çıxış edən Aleksandr Bandura "Tavriya", "Metallurq" (Donetsk), "Stal" kimi klubların formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right