“Qurban Qurbanov heç nəyi təsadüfin ixtiyarına buraxmır”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kipr APOEL-inin ölkə çempionatının 6-cı tur qarşılaşmasında üz-üzə gəldiyi “Doksa”yla matça öz “casus”larını göndərib. Newsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində ağdamlıların rəqiblərindən olan və sözügedən turda 2:0 qalib gələn Kipr çempionunun oyununu stadiondan baş məşqçinin köməkçiləri - Elçin Rəhmanov və Borçe Xristov izləyiblər.

Bu barədə məlumat yayan Kipr mətbuatı belə yazıb: “Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov heç nəyi təsadüfin ixtiyarına buraxmır”.

Qeyd edək ki, qrup mərhələsinin 3-cü turunda baş tutacaq “Qarabağ” - APOEL matçı Tofiq Bəhramov adına stadionda oktyabrın 24-də, saat 20:55-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right