“Azərbaycanla oyun çox çətin olacaq”

“Millinin son iki oyunundan kənarda qalmağım üzücü idi. Yəqin ki, kənarda qalan digər futbolçular da eyni hissi keçirirdi”. Newsport.az xəbər verir ki, bunu İngiltərənin “Bristol Siti” klubunun və Uels yığmasının futbolçusu Eşli Uilyams deyib.

35 yaşlı futbolçu millisinin AVRO-2020-nin seçmə mərhələsindəki son qarşılaşmalara çağırılan heyətdən kənarda qalıb.

Uilyams Slovakiya və Xorvatiya ilə matçlarda iştirak etməsə də, yığmanın kapitanı kimi qaldığını bildirib: “Mən hələ də millinin kapitanıyam. Yığmada oynamaq, komandaya kömək etmək istəyirəm. Klubumda yaxşı oynayıramsa, niyə də millidən kənarda qalım? Seçmə mərhələdə iki matçımız olacaq. Mən də tamamilə bu görüşlərə köklənmişəm. Hər şey çox sadədi. Son iki oyunda Azərbaycanla Macarıstana qalib gəlməliyik. İlk oyunumuz Azərbaycana qarşıdı. Bu oyun çox çətin olacaq. Ardınca Macarıstanla görüşəcəyik”.

Qeyd edək ki, Azərbaycan – Uels oyunu noyabrın 16-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right