“Səbail”in rekordçusu

Fəhmin Muradbəyli “Səbail”in heyətində Premyer Liqada ən çox oyun keçirən futbolçu adına yiyələnib. Newsport.az xəbər verir ki, bu, mövsümün VIII turunun “Sumqayıt”la görüşündə (0:2) rəsmiləşib.

“ASCO Arena”dakı qarşılaşma yarımmüdafiəçinin “Səbail”in heyətində 44-cü çempionat matçı olub. Fəhmin bununla da klubun formasını 43 dəfə geyinən Maudo Jarjueni arxada qoyub.

Qeyd edək ki, Fəhmin “Səbail”də 3-cü mövsümünü keçirir. O, komandasının Premyer Liqada debüt etdiyi 2017/18 mövsümündə 13, ötən çempionatda 24 oyun keçirib. Hər iki mövsümdə 3 qol vuran yarımmüdafiəçi cari çempionatda 7 matçda iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right