Ayxan Abbasov: "Oyun sistemini rəqiblərə görə dəyişəcəyik"

"Səbail" - "Sumqayıt" (0:2) matçından sonra qonaqların baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Newsport.az-ın məlumatına görə, 38 yaşlı çalışdırıcı əvvəlcə oyun haqda fikirlərini bildirib:

 

- Qarşılşamaya cox ciddi hazırlamışdıq. Komanda olaraq qələbəyə inanırdıq. Futbolçularda o istəyi görürdük. Oyundan oyuna daha yaxşı oluruq, ancaq qələbə də lazım idi. Matçın gedişatı göstərdi ki, "Səbail" yaxşı komandadır. Rəqib bizə son 15 dəqiqədə daha çox çətinlik yaşatdı. Amma yaxşı ki, qələbə hesabını qoruya bikldik. İkinci dövrəyə qələbəylə başlamaq həqqiətən yaxşıdı.

 

- Rəhim Sadıxov yaxşı futbol məktəbi keçsə də, hələ də istənilən səviyyədə oynamır...

- Ona vaxt lazımdır. Azərbaycan çempionatı elə də asan deyil. Onda potensialı görmüşük. Ağıllı ötürmələri var. Əlbəttə. çox çalışmalıdır. Nəzərə alırıq ki, gəncdir, inanırıq.

 

- Artıq 4 müdafiəçiylə oynayırsınız. Bunu davam etdirəcəksiniz, yoxsa rəqibə uyğun taktika seçəcəksiniz?

- Bu dəqiqə heyətimizdə imkan var ki, müxtəlif sistemlərdə oynayaq. Burada rəqiblər də rol oynayır. İki oyundur 4 müdafiəçiylə oynayırıq və pis təsir bağışlamırıq. Ancaq oyun sistemini rəqiblərə görə dəyişəcəyik. Bunu istisna etmirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right