Orxan Sadıqlı: “Ağzına gələni danışa bilər, nə deyəsən?”

“Zirə”nin qapıçısı Orxan Sadıqlı Premyer Liqanın 8-ci turunda səfərdə “Neftçi”yə 0:3 uduzduqları oyundan sonra jurnalistlərə müsahibə verib.
 
Newsport.az-ın məlumatına görə, Sadıqlı oyunu şərh edib və azarkeşlərlə arasında yaranmış gərginlikdən danışıb:
 
- Oyuna ciddi hazırlaşmışdıq. Rəqibin bir-iki epizodda bəxti gətirdi, erkən qol vurdular. Evdə oynadıqları üçün üstün tərəf idilər. Onları qələbə münasibəti ilə təbrik edirəm. Azarkeşlərlə olan hal normaldır. Bu, hər ölkədə baş verir. Əsas odur, buna fikir vemrəyəsən. Şükürlər olsun ki, təhqirlərə yol vermədi. Zaur Həşimovla ilk oyunumuz idi. İstəyirdik ki, yaxşı nəticə əldə edək. Ən azı bir xal qazanmaq istəyirdik. Alınmadı, qismət belə imiş.
 
- Ən zəif oyununuzu keçirdiyinizi söyləmək olar?
- Zəif deməzdim. Bizim komandada kompaktlıq yoxdur. Bir yerdə oynaya bilmirik. Yeni komandayıq və çatışmayan cəhət budur. İnşallah, yeni baş məşqçi ilə bunu aradan qaldırarıq. Bizə təcrübə yığmaq lazımdır. Yeni heyət formalaşıb. Əcnəbi oyunçumuz çoxdur. Legionerlərlə dil tapmaq bir az çətin olur. Çempionat uzundur. Kompakt oynamalıyıq. İstəkli oynayırıq. Fərdi cəhətdən götürsək, güclü oyunçularımız var. Sadəcə, kollektiv oynamırıq. Bunu da gələn oyunlarda düzəldəcəyik.
 
- “Zirə” medallar uğrunda mübarizə apara biləcək?
- Əlbəttə! Aparacağıq, niyə də yox?! İki-üç qələbədən sonra 2-ci yerə qədər qalxmaq olur. Məqsədimiz Avropa Liqasına yollanmaqdır. Ölkə kubokunda da maksimum irəli getmək istəyirik. Kollektiv oyun bizdə çatışmır. Müdafiə olunmaq hücumdan başlayır. Əgər qol buraxırsansa, hardasa axsaqlıq var. Bizim ikinci buraxdığımız qol buna nümunədir. Deməıi hardasa düzgün hazırlaşmamışıq. Çalışmaq lazımdır.
 
- Azarkeşlərin sənin ünvanına səsləndirdiyi şüarlardan sonra əsəblərinə hakim ola bildin?
- Öyrəşmişəm buna. Onların problemi “Xəzər Lənkəran”ladır. İndi bunu normal sayıram. Gənc olsaydım, bəlkə də, başqa nəsə yaşana bilərdi. Özümü də bu oyuna hazırlamışdım. Şükürlər olsun ki, nəsə baş vermədi. Təhqir olsaydı, bəlkə də, başqa şey olacaqdı. Azarkeşdir, nə deyə bilərsən? Ona əlin çatmır, ağzına gələni danışa bilər. Möhkəm olmaq lazımdır.
 
 
- Formanı göstərərək onlara nəsə demək istəyirdin?
- Xeyr, bu, “Xəzər Lənkəran”la mənə aid məsələdir. Onlar da bilir ki, bu komanda qəlbimdədir. 13-14 yaşından “Xəzər Lənkəran”da idim. İndi isə “Zirə”nin uğurları üçün çalışıram. Hər futbolçunun yetişdiyi akademiya olur. Mən də “Xəzər Lənkəran” yetirməsiyəm. Əvvəldən “Neftçi” ilə rəqabət aparmışıq. Onların da, bizim də qələbələrimiz var. Keçmişlə deyil, indi ilə yaşamaq lazımdır.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right