"Qarabağ"dan Araz Abdullayevə daha bir cəza

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Araz Abdullayevi cəzalandırmasını dünən məlumat vermişdik.

Newsport.az-ın məlumatına görə, təcrübəli çalışdırıcı yarımmüdafiəçini Qəbələyə apardığı heyətdən kənarlaşdırmaqla kifayətlənməyib. Vaxtilə "Neftçi"də çıxış edərkən, avtomobilə qəza törədən və 2 qadın süpürgəçidən birinin ölümünə səbəb olan Abdullayev budəfəki arzuolunmaz davranışına görə Qurbanov tərəfindən böyük məbləğdə – 6000 manat cərimələnib.

Araz avtomobilini yüksək sürətlə idarə edib və 2 gün öncə həmin görüntüləri "İnstagram"da hesabında paylaşıb. Nizam-intizam qaydalarına ciddi yanaşan Qurbanov bu hərəkətini Abdullayevə bağışlamayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right