"Hər oyunda qələbə qazanacağıq deyə, bir düşüncə yoxdur" - Rəşad Sadıqov

"Qəbələyə gedəndə bilirdik ki, bizi necə çətin oyun gözləyir. Həmişə belə olub" 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib.

Ağdam təmsilçisi dünən cari mövsümdə ilk dəfə xal itirdi. Premyer Liqada I dövrəni 7 qələbəylə bitirən "köhlən atlar" bu dəfə 1:1 hesablı bərabərliklə kifayətlənməli oldular.

"Qarabağ"ın lideri bu nəticəni qənaətbəxş hesab edir: "Dünənki oyun da gərgin mübarizə şəraitində keçdi. Xeyli sayda qol epizodu yaratdıq, amma istifadə edə bilimədik. "Qəbələ" əks-hücumlarda çox təhlükəli idi. İkinci hissədə demək olar ki, açıq futbol getdi. "Qəbələ" çox əzmkar mübarizə apardı. Müdafiəçiləri hardasa 10-12 zərbəmizin qarşısını aldılar. Fədakarlıq etdilər, özlərini hər dəfə topun altına atdılar.

Ümumiyyətlə, maraqlı oyun oldu, 1 xal qazandıq. Belə götürsək, heç-heçə bizim üçün pis nəticə deyil. Hər oyunda qələbə qazanacağıq deyə, bir düşüncə yoxdur. Bu oyuna APOEL-i düşünərək çıxmamışdıq. Qətiyyən belə deyildi. Optimal heyətlə meydanda idik. "Qəbələ"ni çox ciddiyə alırdıq, bütün fikrimizi oyuna vermişdik. Rəqib gözlədiyimizdən də artıq əzmkarlıq göstərdi, bərabərə qaldıq".

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right