Lənkəranda qalmaqal: "Kəpəz"in qapıçısı döyüldü

U-17 liqasının son turunda keçirilən “Xəzər Lənkəran” - “Kəpəz” oyununda (2:1) qalmaqal yaşanıb. 

Newsport.az-ın məlumatına görə, Lənkəranda keçirilmiş matçda yerli futbolçular və fanatlarla qonaq komandanın qapıçısı Cavid Qurbanov arasında dava düşüb.

Fanatlar oyun ərzində qolkiperi söyüb və ona su qabı atıblar. Matç bidikdən sonra isə azarkeşlər meydana daxil olub. Əvvəlcə lənkəranlı futbolçu, ardınca isə fanatlar Qurbanovu vurublar. Qolkiper özünü müdafiə etmək üçün qarşılıq verib. Hakim azarkeşi vurduğu üçün Cavidə qırmızı vərəqə göstərib.

Həmin davanın görüntülərini təqdim edirik.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right