Qurban Qurbanov APOEL üçün 2 köməkçisini göndərdi

Avropa Liqasında ikinci dövrəyə oktyabrın 24-də start veriləcək. «Qarabağ» həmin gün Bakıda APOEL-i qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bu səbəbdən 2 köməkçisini dünən Qəbələyə aparmayıb. O, Elçin Rəhmanovla Borçe Xristovu Kiprə göndərib.

Cütlük Kipr I Liqasının 6-cı turu çərçivəsində keçirilən AOEL - “Doxa” matçını izləyib. GSP stadionunda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbə ilə yekunlaşıb.

20-ci dəqiqədə hesabı Linus Hallenius açıb. Matçda son nöqtəni 88-ci dəqiqədə Andriya Pavloviç qoyub. 3 oyun keçirən Nikosiya klubu 9 xal toplayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right