Ozan Can Kökcü: “Artıq üç xal qazanmaq vaxtıdır”

Azərbaycan Premyer Liqasının 8-ci turunda “Keşlə” ilə səfərdə 1:1 hesablı heç-heçə edən “Sabah”ın yarımmüdafiəçisi Ozan Can Kökcü jurnalistlərə müsahibə verib.
 
Newsport.az-ın məlumatına görə, 21 yaşlı futbolçu öncə oyunla bağlı danışdı:
 
- Bərabərlik qolumuz son dəqiqələrdə gəldi. Burdan ən azı bir xalla ayrılmalı idik. Bunu da etdik. Çətin oyun oldu.
 
- “Sabah”ın oyunu alınmadı. Fasiləni dəyərləndirə bilmədiniz?
- Bunu bilmirəm. Çünki mən U-21 millisində idim. Baş məşqçinin və futbolçularımızın yaxşı hazırlaşdıqlarını düşünürəm. Kimsənin şübhəsi olmasın. 100 faiz gücümüzlə çalışırıq. Artıq üç xal qazanmaq vaxtıdır.
 
- Üç xal üçün “Sabah”a nə lazımdır?
- Bunu demək mənə uyğun olmaz. Bir şeyə bilərəm ki, əlimizdən gələni edib, gözəl oyun nümayiş etdirəcəyik. Belə olsa, üç xal da gələcək.
 
- Baş məşqçi səndən narazı görünürdü. Öz oyunundan razısan?
- Haqlı olduğunu düşünürəm. Çünki bu gün mənə görə də oyunda deyildim. Öz oyunumu göstərə bilmədim. “Keşlə” yaxşı qapanmışdı. Bu da mənə çətin oldu. Son zamanlar bir az çox oynayıram. Həm U-21 yığmasında, həm də “Sabah”da oynadım. Bəlkə də, bir az yorğunluq ola bilər. Sən futbolçusan və nə qədər lazımdırsa, o qədər də oynamlısan. Bu gün öz performansımdan razı qalmadım. Baş məşqçi narazı olmaqda haqlıdır. Çalışacam ki, daha gözəl oynayım.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah