"Qarabağ"ın adı oyuna motivasiya ilə çıxmağa kifayət edir" - Elmar Baxşıyev

"Qarabağ" brend klubdur. Oyunun çətin keçəcəyini bilirdik. Həftəboyu da komandamızı oyuna köklədik. Öz oyun üslubumuzu “Qarabağ”a yeridə bildik. Layiqli heç-heçə qazandığımızı düşünürəm. Oyunqabağı xüsusi motivasiya olmamışdı. “Qarabağ”ın adı oyuna motivasiya ilə çıxmağa kifayət edir. Hər bir futbolçu “Qarabağ”a qarşı maksimum istəklə çıxır, özünü sübut etmək istəyir ki, “mən də varam” demək istəyir.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Qarabağ”la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, “Qarabağ”dan bir xal qazanmaqlarını bu cür şərh edib: “Siz “Qəbələ”ni oyundan-oyuna görürsünüz, biz hər gün komandanı görürük. Futbolçularla ünsiyyətdəyik. Komandanın istəkli və günü-gündən bəzi komponentlərdə artırdığını görürük. Hiss edirdik ki, komandamız oyuna hazırdır. “Zirə” ilə yoxlama görüşü keçirdik və planlaşdırdığımızı məhz həmin oyunda gördük. Davamını da “Qarabağ”la oyunda gətirdik”.

“Sənan Qurbanovun gedişindən sonra qısa zamanda “Qəbələ”də nəyi dəyişə bildiniz?” sualına isə Baxşıyev belə cavab verib: “Eyni komanda, eyni oyunçulardır. Ümumi götürsək, heç nəyi dəyişməmişik. Sadəcə komanda nəticəyə inanmağa başlayıb. Futbolçular bir-birinə inanır. Üzərimizə nə düşür, onu edirik. Uğurun sahibi futbolçulardır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right