"Biz belə şeylərə önəm veririk" - Qurban Qurbanov

"Bir az fasilə yaranmışdı. Fasilədən sonra ilk oyunumuz idi. Oyundan əvvəl ancaq qələbə haqda fikirləşirdik. Amma alınmadı. Xalımızın üstünə bir xal gəldi. Futbolçular çox əziyyət çəkdi. “Qəbələ”nin heyətində dəyişikliklər olsa da, son oyunlarda çox istəkli komanda görürük. Bu gün də bunu şahidi olduq. Hər bir halda daha dəqiq oynamağa çalışmalıydıq. Buna baxmayaraq futbolçularımdan razı qaldım. İkinci hissənin son dəqiqələrində daha düzgün oynamağa başladılar. Yeddi qələbəmiz var idi. Deməzdim ki, oyuna ciddi hazırlaşmamışdıq. Ola bilər ki, bizim görmədiyimiz anlar var idi. Hansı ki, biz bunu bilirdik. Hər bir halda qalib gəlmək istəyirdilər. “Qəbələ”ni təbrik edirəm və onlara uğurlar arzu edirəm".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

- Komandanızın oyunundan razı qaldınız? Müdafiədə boşluqlar verirdiniz..
- Oyunumuzdan razı qaldım. Sadəcə ilk dəqiqələrdə diqqətsiz oynadıq. Qismət Alıyevə cərimə meydançamıza rahat girməyə imkan verildi. Biz hər oyuna aktiv başlayırıq. Başlayandan istədiyim temp olmadı. Buna görə də rəqib istər-istəməz cərimə meydançamıza rahat yaxınlaşdı.

- Araz Abdullayevin iştirak ərizəsində olmaması nə ilə bağlıdır?
- Arazın iştirak ərizəsində olmaması intizamla bağlıdı. Yəqin ki, məsələ hamıya bəllidir, çox açıqlama verməyə ehtiyac yoxdur. Biz belə şeylərə önəm veririk. Bu hər hansı yazıya, kiminsə fikrinə görə yox, sadəcə klubun nizam-intizam qaydaları var. İstirahət edəndə də özümüz üçün etməliyik. Nədənsə həzz alanda da özümüz üçün etməliyik, camaata göstərməli deyilik. Hər bir halda bu istənilən futbolçunun başına gələn şeydir. Cəzalar fərqli olur. Bu gün belə qərar verdik.

- Araz “Qarabağ”a gələndə çoxları düşünürdü ki, Qurban Qurbanovun yanında nizam-intizamlı olacaq. Həqiqətənmi Araz islah olunmayacaq oyunçudur?
- Dərindən düşünsək, Araz sadəcə maşını bərk sürüb ki, bu da gənclərə məxsus xüsusiyyətdir. Amma dediyim kimi biz cəmiyyətə nəyisə göstərməli deyilik. İslah olmağa gələndə, çox dəyişikliklər olub onda. Araz hamıya hörmətlə yanaşır, nə deyirsən deyir “baş üstə”, heç kimlə pis münasibət qurmur. Bir də Elvin Yunuszadə. Bəxtsiz futbolçular olur ki, bunlar həmin kateqoriyaya daxildir. Dünya futbolunda da görmüşük. Heç nədən problem yaşayır. Çox istəyərəm ki, futbol oynadığımız dövrdə daha çox futbolu fikirləşək.

- APOEL-lə oyun sizin üçün “Qarabağ” üçün final oyunu olacaq?
- Düşünürəm ki, məsələyə bu prizmadan yanaşsaq biz problem yaşaya bilərik. “Düdelanj”la oyundan əvvəl də oxşar sual verilmişdi. Onda da demişdim ki, hər şey son turda bilinəcək. Qrup bu cürdür. Üç komandanın hər birindən xal ala biləcək gücü var. APOEL-ə daha düzgün yanaşmalı və daha düzgün oyun qurmalıyıq.

- Araz Abdullayevi görəcəyik APOEL-lə oyunda?
- Ola bilər. Sadəcə bura gəldik deyə, Arazla tam ətraflıq danışmadıq. Bakıya dönəndən sonra onunla danışacağıq.

- Mahir Emrelinin durumu necədir?
- Hər şey yaxşılığa doğru gedir. Dünən komanda ilə də bir az məşq etdi. Əlbəttə ki, tam aktiv yox. Bir neçə günümüz var. Ən azından sonradan oyuna girmək ehtimalı var.

- Bəlkə arxayınçılığa görə xal itirdiniz?
- Bəzən elə oyunlar olur ki, futbolçuları qınamaq olmur. Hər bir komanda uzun qələbə seriyası əldə edir, elə anda xal itirir ki, heç kimin ağlına gəlmir. Bu gün də biz bununla üzləşdik. İstənilən halda xalımızın üstünə xal gəldi. Arxayınçılıq deyəndə, oyunçu özünü nə qədər motivasiya etsə də, futbolçu özünü daxildən tam hazır edə bilmir. Qol epizodlarımız oldu. Sadəcə daxildəki arxayınçılıq daha dəqiq oynamağa onlara mane oldu. Amma bəzən bu cür xal itkilərinin, məğlubiyyətlərin komandaya xeyri olur. Bu gün hər bir futbolçu bütün oyunlarda, məşqlərdə daha diqqətli olmalı olduğunu gördü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right