Ayxan Abbasov: “Səhvini etiraf etməyi bizi sevindirir”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Aleksey İsayevin komandaya dönməsi barədə Sportal.az-a açıqlama verib.

Newsport.az-ın məlumatına görə38 yaşlı mütəxəssis İsayevin səhvini anladğını deyib: 

“Bizə özü müraciət elədi. Onun gənc və milli komandanın üzvü olduğunu nəzərə alıb, kömək etmək istədik. Səhvini başa düşmüşdü. Bir müddət əvəzedicilərdə oynayacaq. Səhvini etiraf etməyi bizi sevindirir.

Onun şəxsi agenti başqa klubla danışırdı. Aleksey ümid edirdi ki, transferi baş tuta bilər. Son bir ayda gəlmək fikrində olduğunu deyirdi. Müqavilə ilə bizə məxsusdur.

Dünən Bakıya gəldi. Bu gündən əvəzedicilərdə oynamağa başlayacaq. Formasını bərpa edəndən sonra əsas komandaya qayıda bilər”.

 

Aleksey İsayev ötən mövsüm başa çatdıqdan sonra komandanın düşərgəsinə qayıtmamışdı.

 

“Sumqayıt” 23 yaşlı futbolçunun intizamsızlığına görə AFFA və FIFA-ya müraciət eləmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right