Aleksey İsayev "Sumqayıt"a qayıtdı: "Peşmanam"

"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksey İsayev komandaya qoşulub.

 

Newsport.az-ın məlumatına görə, yayda komandanın düşərgəsinə qoşulmayan futbolçu başqa kluba keçmək istəyirdi. Bu səbəbdən o, "Sumqayıt"a qayıtmırdı.

 

"Gənclik şəhəri" təmsilçisi futbolçunun davranışına görə AFFA və FIFA-ya şikayət etmişdi.

 

Bundan sonra komandaua dönən 23 yaşlı futbolçu klubun rəsmi saytına fikirlərini bölüşüb: "Etdiyim hərəkətə görə peşmanam. Düşünürəm ki, klubla aramda anlaşılmazlıq olmuşdu. Öz oyunumla baş verənləri unutdurmağa çalışacam. Futbol mənim həyatımdır, bu səbəbdən hərşeyi unutmaq istəyirəm. Baş verənlərə görə Sumqayıt ailəsindən üzr istəyirəm. Klub rəhbərliyi və məşqçi heyətinə məni anlayışla qarşıladığına görə təşəkkür edirəm. Əvvəlki formamı bərpa edib yenidən "Sumqayıt"a kömək etməyə çalışacam".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right