"Aleks Ferqyuson danışılmış oyunda iştirak edib" şok iddia

"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Aleks Ferqyusonla bağlı şok iddia ortaya atılıb. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbol meneceri Cüzeppe Palyara şotlandiyalı mütəxəssisin danışılmış oyunda iştirak etdiyini söyləyib.

İstintaqa cəlb olunan menecerin bildirdiyinə görə, o, Ferqyusona Çempionlar Liqasında "Yuventus"a məğlubiyyətə görə, "Rolex" firmasından 30 min funt-sterlinq dəyərində olan saat bağışlayıb. Agent transferlər zamanı agentlərə köçürmələrdə pul qazanmaq üçün müxtəlif sxemlərdən istifadə etdiyini də vurğulayıb.

Qeyd edək ki, Aleks Ferqyuson 1986-2013-cü illərdə "Mançester Yunayted"ə rəhbərlik edib. Onun başçılığı altında "qırmızı şeytanlar" 13 dəfə Premyer Liqanın, 2 dəfə isə Çempionlar Liqasının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right