"Neftçi"yə sırınan futbolçu D seriyasında: Ora uyğunlaşa bilmədim

Ötən mövsümün sonunda "Neftçi"dən ayrılan Canluka Sansone karyerasını İtaliyanın səviyyəcə dördüncü olan D Seriyasında mübarizə aparan "Kerinqola" klubuna keçib.

 

Newsport.az xəbər verir ki, 32 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

 İtaliyalı futbolçu ötən mövsümün fevralında "ağ-qaralar"a keçmişdi və 11 oyuna 2 qol vurmuşdu.

 

Sansone Azərbaycandakı karyerası barədə danışıb: 

 

“Azərbaycanda üç ay yarım oldum. Karyeramda dəyişikliklərin olmasını istəyirdim. "Neftçi"ni çalışdıran həmyerlim Roberto Bordin mənə zəng edib kömək etməyimi xahiş elədi. Mən də onun xahişini yerə salmadım. Lakin İtaliyaya qayıtdım, orada qalmaq mənim üçün asan deyildi. Fərqli mədəniyyət idi. Həm də 32 yaşım var və evli olmaq mənə çətinlik yaratdı".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right