Bakı səfəri öncəsi rotasiya

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL sabah Kipr çempionatının VI turu çərçivəsində "Doxa"nı qəbul edəcək. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Nikosiya təmsilçisi liqada ardıcıl 3-cü qələbəsini qazanmağı hədəfləyir.

Ancaq baş məşqçi Tomas Doll eyni zamanda "Qarabağ"la gələn həftə keçiriləcək səfər görüşünü də unutmur. Bu üzdən almaniyalı mütəxəssisin heyətdə rotasiya etməsi gözlənilir. Doll, xüsusən də, müdafiə xətti ilə bağlı dəyişikliklər planlaşdırır. Çünki mərkəz müdafiəçisi Giorqos Merkis istirahətsiz oynadığı üçün yorğun görünə bilər. Bu üzdən çalışdırıcı onu Bakı səfəri üçün qorumağı düşünür. Həmçinin cinahlarla bağlı da dəyişiklik istisna edilmir. Komandada müdafiə xəttinin zəngin olması baş məşqçinin bu baxımdan işini asanlaşdırır.

Qeyd edək ki, "Qarabağ" - APOEL oyunu oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right