“Azərbaycan yığması bunu gözləmirdi, şoka düşmüşdü“

“Marko Rossi Splitdə rəqibin adından qorxub “yatan” futbolçuları “ayılda” bilmişdi. Bunun nəticəsidi ki, macar futbolçular neçə gündü yemək yemirmiş kimi meydana ac çıxmışdılar”.

Newsport.az xəbər verir ki, bu fikirlər m4sport.hu saytında gedən yazıda yer alıb. AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Macarıstan – Azərbaycan matçı (1:0) barədə qeydlərini bölüşən həmkarlarımız Bəhlul Mustafazadənin sayılmayan qoluna da toxunub:

“Sanki meydanda öz şikarlarını axtarırdılar. Azərbaycanlılar isə meydan sahiblərindən belə aqressiv və sürətli başlanğıc gözləmirdilər deyə, şoka düşmüşdülər. Korhutun vurduğu top adi futbol zərbəsi deyildi.

Bir saniyə sonra partlayacaq bomba idi. Hətta hesabın açılması da Rossini və yetirmələrini sakitləşdirmədi. Dayanmadan hücum edir, Emil Balayevi işsiz qalmağa qoymurdular. Qonaqların ara-sıra irəli atılmaq cəhdləri isə ən yaxşı halda meydanın mərkəzini keçməyə kifayət edirdi.

Sonradan nə baş verdisə, Macarıstan yığması “oturdu”. Meydanda yaşananlar Xorvatiya ilə oyunu xatırladırdı. Futbolçuların yorulması və əvəzetmələrin ləngiməsi az qala növbəti uğursuzluğa səbəb olacaqdı. Əslində olmuşdu da.

Qol vurmaq üçün bütün qüvvə ilə irəli atılan azərilər lazım olan qolu vursalar da, holland referi bədənə dəyib tora qovuşan topun ələ dəydiyini əsas gətirib, qolu qeydə almadı. Son saniyələrdə bəxt Macarıstan millisinin üzünə güldü deyə, 3 xalı qazanıb qrupdan çıxmaq iddiasını davam etdirmək mümkün oldu”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right