APOEL-in aparıcı üzvü "Qarabağ"la oyuna hazırdır

Avropa Liqasının qrup mərhələsində növbəti iki turda "Qarabağ"la qarşılaşacaq APOEL-in zədəli futbolçusu Praxitelis Vouros sağalıb.

Newsport.az "Kerkida"ya istinadən xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan 24 yaşlı müdafiəçi iki aylıq fasilədən sonra meydana çıxmağa hazırdır. 

Qeyd edək ki, "Qarabağ" - APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasında növbəti görüş noyabrın 7-də Nikosiyadakı GSP stadionunda reallaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right